Ermənistan Təhlükəsizlik Şurasının katibi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

865 13-10-2023, 11:00 Siyasət

Ermənistan Təhlükəsizlik Şurasının katibi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
Altv1.info.az xəbər verir ki, o, Aİ nümayəndəsi ilə regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə edib.
"Oktyabrın 12-də mən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul etdim. Görüş zamanı regional təhlükəsizlik məsələləri və sabitliyin qorunması ilə bağlı məsələləri müzakirə etdik. Biz Brüsseldə keçiriləcək üçtərəfli görüşə hazırlıq işlərini müzakirə etdik", - deyə Qriqoryan bildirib.
Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə oktyabrın sonunda Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü gözlənilir.


Altv1.info.az

XƏBƏR LENTİ