İlham Əliyev dövlət agentliyinə 1,4 milyon manat ayırdı

34 25-12-2023, 10:30 Siyasət

İlham Əliyev dövlət agentliyinə 1,4 milyon manat ayırdı

Prezident İlham Əliyev Göyçay rayonunun Bakı-Şamaxı-Yevlax (218 km)-Potu-Ulaşlı Şıxlı-Üngütlü-Çərəkə-Çərəcə-Şıxlar-Xəlitli-Yeniarx-Hacıağabəyli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, on dörd min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Bakı-Şamaxı-Yevlax (218 km)-Potu-Ulaşlı Şıxlı-Üngütlü-Çərəkə-Çərəcə-Şıxlar-Xəlitli-Yeniarx-Hacıağabəyli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Altv1.info.az

XƏBƏR LENTİ