Prezident "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanunda dəyişikliyi TƏSDİQLƏDİ

29 28-01-2025, 17:17 Siyasət

Prezident "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanunda dəyişikliyi TƏSDİQLƏDİ

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri işə qəbuldan imtinanın səbəblərini açıqlamayacaq.

Altv1,info.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanuna dəyişikliyi təsdiqləyib.

Əsas məqsəd həmin subyektlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq konfidensiallığın qorunub saxlanılmasıdır.

Daha bir dəyişikliklə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hüquqlarının genişləndirilərək xarici dövlətlərin xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

XƏBƏR LENTİ