Qasım Məmmədovun yerinə yeni müavin təyin edildi

152 2-02-2026, 17:02 Siyasət / Sosial


Baş Prokurorluğun İstintaq İdarəsinin rəisinə yeni müavin təyin olunub.



Məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə müşaviri Anar Mirkişiyev İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun müavini vəzifəsinə təsdiqlənib.



Qeyd edilir ki, Anar Mirkişiyevin təyin olunduğu bu vəzifəni daha əvvəl Qasım Məmmədov tutub. Qasım Məmmədov ötən ilin sentyabr ayından etibarən respublika hərbi prokurorunun müavini vəzifəsində çalışır.



İstintaq İdarəsində edilən bu dəyişiklik prokurorluq orqanlarında aparılan kadr yenilənməsi prosesinin davamı kimi qiymətləndirilir.

XƏBƏR LENTİ