Bu ilin sonuna qədər sülh müqaviləsi imzalanacaqmı? - Politoloqdan AÇIQLAMA

2 142 11-12-2023, 10:00 Sosial

Bu ilin sonuna qədər sülh müqaviləsi imzalanacaqmı? - Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə iki Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. Əldə edilən bu razılaşma ilin sonuna kimi Azərbaycan-Ermənistan arasında sülh müqaviləsini imzalanacağı inamını artırır. Dekabrın sonuna kimi sülh müqaviləsi imzalana bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan politoloq Elçin Quliyev bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər:

"Bu mümkündür. Bir çox beynəlxalq ekspertlərin mətbuata açılamasında qeyd olunur ki, sülh müqaviləsinin imzalanmasında ABŞ və ya Avropa rol oyanaya bilər. Amma mən bu fikirlə qəti razı deyiləm. Çünki 30 il ərzində bir çox beynəlxalq təşkilarlar vasitəçilik müssiyasını yerinə yetirdilər. Amma heç bir nəticə vermədi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin güclü iradəsi nəticəsində torpaqlarımız işğaldan azad oldu. Daha sonra antiterror əməliyyatları keçirldi. Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərinə gəlib Azərbaycanın şərtləri ilə razılaşdı. Bu baş verənlərə diqqət yetirsək görərik ki, haqq və ədalət yolunda olan, Qafqaza sülh, əminamalıq gətirmək üçün bütün imkanlarından istifadə edən Azərbaycan vasitəçilər olmadan bu işi bacardı. Ermənistanda əsirlikdə olan iki əsgərimizin azad edilməsi, bu məsələ ilə bağlı Azərbaycan-Ermənistan Xarici İşlər Nazirliklərinin birgə bəyanatı da onu deməyə əsas verir ki, vasitəsiz sülh müqaviləsinin imzalanması hər iki dövlət tərəfindən imzalana bilər. Düşünürəm yaxın gələcək də bu mümükün olacaq. Hətta deyərdim ki, sülh müqaviləsinin imzalanmasına gedən yolun başlangıcıdır. Azərbaycan və Ermənistan bir masaya gələcək və sülh müqaviləsinin imzalanmasına nail olacaq. Əlbəttə bununla da xarici qüvvələrin məkirli və riyakar siyasətləri ifalasa uğruyacaq".

Altv1.info.az

XƏBƏR LENTİ