Qarabağın 30 illik "Vağzalı" həsrəti bitir! Zəngilanda 30 ildən sonra ilk toya hazırlıq: MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

17 15-02-2024, 09:30 Sosial

Qarabağın 30 illik "Vağzalı" həsrəti bitir! Zəngilanda 30 ildən sonra ilk toya hazırlıq: MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

30 il sonra Zəngilanda yenə toy çalınacaq. Elə bir toy ki, sədası bütün Azərbaycana yayılacaq.

Altv1.info.az xəbər verir ki, "AzTv"nin çəkiliş heyəti toyun keçirləcəyi yerdə-Ağalı kəndində olub. Hazırlıqlara başlanılıb. Bütün kənd uzun illərdən sonra Zəngilanda baş tutacaq ilk toya hazırlaşır.

Bəy anasının sevinci isə görməyə dəyərdi. Deyir ki, gəlinimiz bakılı qızı olsa da, elə burada bizimlə yaşayacaq:

"Sevincimin həddi-hüdudu yoxdur. Çox sevinirəm ki, bu kənddə ilk toyu biz elədik. Yoldaşım bu kənddə toy etmənin arzusunda idi. İstəyirdi ki, övladlarının toyu burada olsun. Ata-baba üsulu ilə toy etmək istəyirik. Hamıda buyurub gələ bilər".

Fevralın 17-də Ağalıda çal-çağır olacaq. Evimizin, obamızın ən gözəl adətlərindən olan toy bu yurda xeyir, bərəkət, ruzi gətirəcək.

Ətraflı "AzTv Xəbər"in süjetində:



Altv1.info.az

XƏBƏR LENTİ