İctimai-iaşə adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvası Çinarlı otel

41 6-07-2024, 12:56 Sosial


Uzun müddətdir ki, Bakı şəhəri, Binəqədi rayonunun Xocasən yaşayış massivində yerləşən “Çinarlı” hoteldə baş verən biabırçılıqları tam əksəriyyət həm narazılıqla qarşılayır, həm də bu ünvanda qol qoyulanlara kəskin etirazlarını bildirirlər.
Media üzərindən apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, müxtəlif ünvanlarda fəaliyyət göstərən əxlaqsızlıq ünvanları içərisində “Çinarlı” hotel yeganə obyektdir ki, bu obyektlə bağlı ayrı-ayrı media qurumlarında silsilə tənqidi məqalələr yayımlanır, baş verən iyrəncliklərin mahiyyəti daim geniş ictimaiyyətin diqqətinə çatdırılır. Qeyd edək ki, “Çinarlı” hotel bir qədər kənar ərazidə yeləşdiyindən, bu obyektdə daha çox axşam saatlarında hər cür iyrənc əməllərə qol qoyulur, minbir qanunsuzluqlara rəvac verilir. Bu kimi səbəblər üzündəndir ki, burada baş verən iyrəncliklərin, hər cür çirkin əməllərin əhatə dairəsi getdikcə genişlənir. Düzdür, bir müddət bundan öncə qerar.az-ın redaksiyasına “Çinarlı” hoteldə baş verənlərlə bağlı xeyli məlumatlar daxil olmuşdu. Belə bir səbəbdən də, bu hotelin fəaliyyəti ilə bağlı həm media üzərindən, həm də müəyyən imkanlarımızdan istifadə edib müəyyən araşdırmalar həyata keçirdik. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Çinarlı” hotel ictimai-iaşə obyekti adı altında fəaliyyət göstərsə də, əslində uzun illərdir ki, bu obyekt ən böyük əxlaqsızlıq ünvanlarından biri olaraq fəaliyyətini davam etdirməkdədir. Əldə etdiyimiz məlumatlara görə, bu hoteldə idarəçiliyi Zahid adlı şəxs həyata keçirir. Digər tərəfdən, bu şəxs hər növ çirkin əməllərə qol qoyulması üçün kifayət qədər peşəkarlıq nümayiş etdirməyi də bacarır. Belə bir səbəbdən də, “Çinarlı” hotelin əsl sahibi bu şəxsi əldən buraxmır və obyektin idarə olunması işlərini ona həvalə edir. Qeyd edək ki, bu hotelin əsl sahibi heç zaman üzə çıxmır, yaxud da həmin şəxs özünü ictimaiyyətə tanıtdırmaq istəmir. Elə ki, bir kimsə bu obyektin hansı şəxsə məxsus olması ilə bağlı Zahid adlı şəxsə sual verib cavab əldə etmək istəyir, o halda o, “Bura ağsaqqalındır, onu tanıyan yoxdur” deməklə kifayətlənir.



Qeyd edək ki, qerar.az-a daxil olan başqa bir məlumatlara görə hər gün “Çinarlı” hoteldə mövcud qanunvericiliyin tələbləri kobudcasına pozulur. Yəni, bu hotelə üz tutan cütlüklərdən nigahda olub-olmadıqları soruşulmur, bu ünvanda göstərilən xidmətlərin qarşılığında bir kimsəyə ödəniş qəbzi verilmir, işçilərlə rəhbərlik arasında əmək müqaviləsi imzalanmır, işçilərin sağlamlıq durumlarının müəyyən olunması yöndə həkim arayışı olmur, müəyyən həddə antisanitariya baş alıb gedir. Araşdırmalar zamanı o da məlum oldu ki, obyektin fəaliyyəti daha çox axşam saatlarına təsadüf edir. Buna əsas səbəb, axşam saatlarında “Çinarlı” hotelə yaxın-uzaq ərazilərdən müştəri axınının daha çox olması olur. Diqqət yetirmək lazımdır ki, gecə saatlarında hotelin giriş qapısında gözətçi dayanır və həmin şəxs obyektə üz tutanların, yaxud da əvvəlcədən sifariş verənlərin yerbəyer olunmalarında xüsusi rol oynayır. Məsələn, gözətçi olan şəxs ilk əvvəl obyektin həyətinə daxil olan avtomobilləri yerbəyer edir, daha sonra müştərilərlə (cütlüklərə) ayaqüstü söhbətlər aparır və az sonra “qonaqlar”a müxtəlif qiymət həddində otaqları təklif edir. Seçim etmək ixtiyarı isə, müştərilərin öhdəsinə buraxılır. Yəni, hər otağın obyekt sahibi tərəfindən müəyyən olunmuş öz qiyməti həddi var.

Daha usandırıcı, daha biabırçı halın varlığı odur ki, bu obyektdə yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şəraitin yaradılması, çoxsaylı qanunsuzluq əməllərinin baş verməsi və s. haqda məlumatlı olan ayrı-ayrı “media nümayəndələri”, bəzən “Çinarlı” hotelin himayədarı qismində çıxış edirlər. Əslində bu cür yanaşma, həmin şəxslərin iç üzünü açıb ortaya qoymuş olur. Unutmaq olmaz ki, media cameəsində peşəkar fəaliyyəti ilə ad çıxaran və tanınan yazarlar, bu cür yanaşma nümayiş etdirənləri “naqloy jurnalist”lər hesab edirlər. Əslində, baş verən hər cür qanunsuzluqları ifşa etmək, onların mahiyyətini geniş ictimaiyyətə çatdırmaq və s. özünə hörmət edən media nümayəndələrinin ən ümdə vəzifələrindən biri hesab olunmalıdır. Təəssüflər olsun ki, hələ də bəzi “naqloy jurnalistlər” belə bir mövqe nümayiş etdirirlər.



Baxmayaraq ki, belə bir obyektlərin, o cümlədən “Çinarlı” hotelin bu yöndə fəaliyyət göstərməsinə qarşı ayrı-ayrı illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması məqsədilə “Milli Fəaliyyət Planı” təsdiq olunub. Yəni, bir neçə il bundan əvvəl ölkə rəhbəri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq müvafiq Sərəncam imzalamışdır. Həmin Sərəncamda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət orqanlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycan Respublikasının bu sahədə üzərinə düşən beynəlxalq öhdəliklərin icrasının təmin olunması nəzərdə tutulur. Bundan əlavə, təsdiq olunmuş “Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə yerinə yetirməsi, Nazirlər Kabinetinin isə, Sərəncamdan irəli gələn məsələləri həll etməsi qeyd olunub. Bunlar qəbul olunmuş sənəddə öz əksini tapsa da, nədənsə “Çinarlı” hotelin rəhbərliyi bu Sərəncamdan irəli gələn tələblərə hələ də əməl etmir. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

XƏBƏR LENTİ