Nəsimidə növbəti iməcilik keçirildi

33 6-07-2024, 12:57 Sosial



Nəsimidə növbəti iməcilik keçirildi
Bakı şəhərində müxtəlif tədbirlərin keçirilməsi, çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, insanların kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı tədbirlər keçirilir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, mərkəzi küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin daha da intensiv şəkildə aparılması davam etdirilir. Eyni zamanda rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunması üçün mütəmadi işlər aparılır.
Rayon ərazisində növbəti iməcilik keçirildi. İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən təmizlik işləri aparılmışdır. Belə ki, parklarda, rayonun prospekt və küçələrində yollarda, dayanacaqlarda bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyulmuş, ticarət obyektlərinin vitrinlərində sanitar-təmizlik işləri aparılmışdır.
Rayonda ənənə halını almış iməciliklərdə sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirdilər.



XƏBƏR LENTİ