Bayram tətillərində "gizli tikinti" işləri üçün əlverişli şərait yaranıb

Bayram tətillərində "gizli tikinti" işləri üçün əlverişli şəraitin yaranması barədə post paylaşmışdıq. Elə indicə izləyicidən belə məlumat daxil oldu:
- Nizami rayonu, Qara Qarayev prospekti, ev 82A-nın həyətində, 61 saylı orta məktəbin ərazisində (vaxtilə məktəbin ərazisi olub, sonra zəbt edilib) 2 gündür gecə-gündüz dayanmadan tikinti gedir. Bayram günləri məhz gecələr tikinti işlərinin aparılmasının səbəbi məlumdur. Ərazidə avtoyuma məntəqəsi və başqa təyinatlı obyektlər tikilir.
Tikintiyə rəsmi icazə verilib-verilmədiyinə aidiyyəti orqanlardan aydınlıq gətirilməsi xahiş olunur.
Altv1.info.az