Ağstafa rayonunun sosial-iqtisadi inkişafı sürətlə davam edir.

88 7-10-2025, 15:58 Sosial


Prezident İlham Əliyev cənabları tərəfindən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün bölgələrində olduğu kimi Ağstafa rayonununda inkişafına böyük təkan verməkdədir. Ağstafa rayonunda həyata keçirilən sosial-iqtisadi islahatlar, ağstafalıların həyatında, onların maddi rifah halının yüksəlməsində mühüm rol oynayır.

Xüsusi ilə qeyd etmək istərdik ki, Ağstafa Rayon İcra hakimiyyətinin başçısı cənab Seymur Orucov bu gündə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı mühüm işlər görməkdə davam edir.

Hazırda Ağstafa rayonunun bir sıra sahələrində geniş miqyaslı işlər görülməsi məhz bunun sübutudur.

Mütəmadi olaraq rayon sakinləri ilə səyyar görüşlər keçirən İcra Başçısı onların müraciətlərinin hərtərəfli araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun həll edilməsinə dair xüsusi tapşırıqlar verir.

Hal-hazırda Ağstafa rayonunun Qırılı və Dağ Kəsəmən bələdiyyələri tərəfindən hər iki kənd ərazisində bir neçə küçədə yolların xırlanması işləri həyata keçirilmişdir.

Daha sonra isə Göycəli kənd istirahət parkında müvafiq abadlıq-quruculuq işləri görülərək asudə vaxtlarını səmərəli keçirmək üçün sakinlərin ixtiyarına verilmişdir.

Böyük Kəsik Bələdiyyəsinin sədri, Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin atası Nazim Yusifovun təşəbbüsü ilə Böyük Kəsik Bələdiyyəsinin balansında olan arteziandan 400 metr uzunluğunda olan su xətti 110 mm-lik diametrli politilen borularla yenilənərək 1560 nəfər əhalisi olan Böyük Kəsik kəndinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılır.

Rayon ərazisində uzun illər fermerlərə xidmət edən və artıq istismar müddətini başa vurmuş nasos stansiyası da yenidən qurulur.
Rayonda əkin sahələrinin suvarma suyu ilə təminatında əsas rol oynayan nasos stansiyasının inşası, eləcə də suvarma kanallarının beton üzlüyə alınması istiqamətlərində işlər sürətlə davam etdirilir. Bu işlər başa çatdırıldıqdan sonra rayonda əkin sahələrinin su ilə təminatında yaranan mövcud problemlərdə aradan qaldırılacaq.





XƏBƏR LENTİ