
Müğənni Mənzurə Musayeva illər əvvəl yaşadığı uğursuz ailə həyatından danışıb.
Altv1.info.az xəbər verir ki, sənətçi onun ailəsini qayınanasının dağıtdığını etiraf edib.
.
Mənzurə bildirib ki, övladı olmadığı üçün qayınanası onun oğlundan boşanmağını istəyib.
"Pis ana deyildi. Amma mənə dedi ki, övladınız olmursa, ayrılmalısınız. Hətta mən onunla evli ola-ola ona qız tapmışdılar, evləndirirdilər. Elə bilirdilər ki, övladı olacaq. Lakin övladı olmadı. Problem özündə imiş...".