
55 yaşlı məşhur müğənni Sibel Can, oğlu Engin Can Ural və gəlini Merve Kaya Uralın ilk övladını dünyaya gətirməsi ilə ilk dəfə nənə olma sevincini yaşayıb.
altv1.info.az türk mediasına istinadən xəbər verir ki, cütlük, qız övladlarını ABŞ vətəndaşı etmək üçün doğumun Amerikada baş tutmasına qərar verib və bu səbəblə Merve Kaya Ural Miamiyə gedərək, doğumu orada gözləməyə başlayıb.
.
Təxminən iki aydır Sibel Canın Miamidəki evində qalan gəlini, keçən həftə sağlam bir qız uşağı dünyaya gətirib. Sabah qəzetinin məlumatına görə, ana və körpənin vəziyyəti yaxşıdır və qısa müddət sonra xəstəxanadan evə buraxılıblar.
Gənc cütlük, qızlarına ərəb mənşəli "Lina" adını verib. "Xurma ağacı" mənasını verən bu adın onların uzun zamandır düşündüyü bir seçim olduğu bildirilib.
İlk dəfə nənə olan Sibel Can, nəvəsinu qucağına almağın sevincini Miamidə yaşayıb. Yaxın çevrəsinə duyğularını bölüşən sənətçinin "Təsvirolunmaz bir hissdir" dediyi öyrənilib.