Sumqayıtda da gedişhaqqı 60 qəpik olacaq - Bu tarixdən

12 23-10-2025, 15:50 Sosial

Sumqayıtda da gedişhaqqı 60 qəpik olacaq - Bu tarixdən


"Bizə daxil olan məlumata görə, ilin sonunadək Sumqayıt şəhəri 100 CNG (sıxılmış təbii qaz) və elektriklə işləyən nəqliyyat vasitələri ilə təmin olunacaq və yanvardan kart sistemi tətbiq olunacaq".

Altv1.info.az-a istinadən xəbər verilir ki, bu barədə Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov deyib.


O bildirib ki, yanvardan Sumqayıt şəhərində gedişhaqqı 60 qəpik olacaq:


"Hazırda Sumqayıtda gedişhaqqı 50 qəpikdir. Yeni avtobuslar gəldikdə və kart sistemi qurulduqda sərnişinlərin kartından gedişhaqqı üçün avtomatik olaraq 60 qəpik çıxacaq".

Xatırladaq ki, oktyabrın 1-dən ictimai nəqliyyatda gedişhaqqı 50 qəpikdən 60 qəpiyə artırılıb. Bu artım müasir tələblərə cavab verən yalnız elektrik və CNG yanacaq növlü avtobuslara aiddir.

XƏBƏR LENTİ