Azərbaycanlı snayper Ukraynada adından söz etdirdi.

14 5-07-2023, 11:13 Sosial

Azərbaycanlı snayper Ukraynada adından söz etdirdi.

Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Zaporojye, Xerson, Donetsk, Xarkov, Nikolayev və Odessa vilayətləri Rusiya ordusunun hücumuna məruz qalıb.
Həmçinin qeyd edilib ki, Ukrayna ordusunun Zaporojye istiqamətindəki əks-hücum əməliyyatı yenidən intensivləşib.
Məlumata görə, Xersonda vəziyyət gərgin olaraq qalır:
"Şəhər Dneprin sol sahilindən kütləvi artilleriya atəşinə tutulub. Nəticədə yaşayış evi dağılıb və iki mülki şəxs həlak olub".
O da bildirilib ki, Baxmutda Ukrayna ordusunun "Dəniz" ləqəbli azərbaycanlı snayperi son bir ay ərzində 10 rusiyalı hərbçini məhv edib. Onların arasında "Vaqner"çilər də var.

Altv1.info.az

XƏBƏR LENTİ