
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddinin müəyyən edilməsi ilə bağlı qanun layihəsi III oxunuşda təsdiq edilib.
Altv1.info.az-ın xəbərinə görə, söhbət "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik layihəsindən gedir.
Sənədə əsasən, Azərbaycan Mərkəzi Bankı valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin apardığı valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edir.