“Azeri Light” 98 dollara satılır

634 4-10-2023, 11:00 Sosial

“Azeri Light” 98 dollara satılır

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Altv1.info.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,04 dollar və ya 0,04% artaraq 97,81 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar qeydə alınıb.

Altv1.info.az

XƏBƏR LENTİ