“Rəqabət Məcəlləsi ilə bağlı 60 təklif daxil olub” - Yenilənib

1 222 5-10-2023, 08:00 İqtisadiyyat

“Rəqabət Məcəlləsi ilə bağlı 60 təklif daxil olub” - Yenilənib

“Rəqabət Məcəlləsi ilə bağlı komitəyə indiyədək 60 təklif daxil olub”.
Altv1.info.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında deyib.
O bildirib ki, son 20 ildə Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsul 4 dəfə böyüyüb:
“Büdcə gəlirlərimiz 30 dəfədən çox artıb. Azərbaycanın xarici ticarət dövriyyəsi 10 dəfə artıb. Bütövlükdə son 30 il ərzində Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan çox investisiya yatırılıb ki, bunun da 200 milyard dollara yaxını qeyri-neft sektoruna aiddir”.
Deputat Əli Məsimli isə bildirib ki, Milli Məclisə daxil olan 60 təklifin əksəriyyəti optimist olsa da, bəziləri pessimist formada idi: “Pessimist rəylərdən biri təcrübəli ekspertdən daxil olub. Ekspertin fikrinə görə, bu cür Rəqabət Məcəlləsi heç qəbul olunmasa daha yaxşıdır. Digər daxil olan biri rəyə görə, bu məcəllə bazar qiymətlərinin enməsinə fayda verməyəcək. Mən əlbəttə çoxluqdan yanayam, lakin “qəbul edilməsə, daha yaxşıdır” kimi fikirlərin yayılmaması üçün biz məcəlləni mükəmməl hazırlamalıyıq”.
Ə.Məsimlinin fikrinə görə, haqsız rəqabətin içində məmur sahibkarlığı əsas rol oynayır: “Gömrük sistemində bu məcəllənin yaxşı işləməsinə görə islahatlar olmalıdır”.

Altv1.info.az

XƏBƏR LENTİ