
ABŞ onilliklər ərzində "NR-1 Nerwin" eksperimental atom sualtı qayığından istifadə edərək Rusiyada kəşfiyyat məlumatları toplayıb.
Altv1.info.az xəbər verir ki, bu barədə ABŞ-nin "The National Interest" (NI) jurnalı məlumat yayıb.
.
Məqalənin müəllifi Brendon Vayxertin sözlərinə görə, qayıq 1969-2008-ci illərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin xidmətində olub və ölkənin donanmasının ən kompakt nüvə sualtı qayığı hesab edilib. O klassik sualtı qayıqlar və batiskaflar arasında xüsusi yer tutub.
"Mini sualtı qayıq döyüş üçün deyil, dənizin dərinliklərində gizli araşdırmalar, qaldırma (dənizin dibindən yük çıxarılması - red.) və casus missiyaları üçün nəzərdə tutulub", - deyə Vayxert bildirib.