Dəniz sahilində kədərli mənzərə - VİDEO

666 17-07-2026, 15:25 Hadisə

Dəniz sahilində kədərli mənzərə - VİDEO

İstanbulun Kınalıada sahilində kədərli hadisə yaşanıb. Dəniz dalğalarının sahilə çıxardığı ölü delfin çimərlikdə istirahət edənlərin diqqətini cəlb edib

Altv1.info.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, sahildə olan vətəndaşlar əvvəlcə dənizdən sahilə doğru sürüklənən iri canlını görüblər. Sonradan onun rəngi dəyişmiş ölü delfin olduğu müəyyən edilib. Delfinin cəsədi dalğaların təsiri ilə sahildə, istirahət edənlərin və uşaqların yaxınlığına qədər sürüklənib.

.
Şahidlərin sözlərinə görə, delfinin bədənində nəzərə çarpan yara izi də olub. Hadisədən narahat olan vətəndaşlar vəziyyətlə bağlı dərhal bələdiyyəyə və aidiyyəti qurumlara məlumat veriblər. Delfinin ölüm səbəbi hələlik açıqlanmayıb və hadisə ilə bağlı araşdırma aparılması gözlənilir.

[media=https://izle.sondakika.com/2026/07/16/kinaliada-sahilinde-uzucu-manzara-sahile-olu--6076-20058994_sd.mp4]

XƏBƏR LENTİ