İran ABŞ-nin iki hərbi bazasına zərbələr endirdi

640 15-07-2026, 08:37 Dünya

İran ABŞ-nin iki hərbi bazasına zərbələr endirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin iki hərbi obyektinə zərbələr endirdiyi barədə məlumat yayıb.
Altv1.info.az” xəbər verir ki, ABŞ-nin Bəhreyndəki “Şeyx İsa” və Küveytdəki “Əli əs-Səlim” aviasiya bazaları hədəf alınıb.
Hücumlar raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib.
SEPAH-dan bildirilib ki, bu əməliyyat ABŞ-nin İranın sahilyanı stansiyalarına endirdiyi zərbələrə cavab olaraq gerçəkləşdirilib.
“Bu cür pozuntuların hər hansı bir şəkildə təkrarlanması gözlənilməz cavabla qarşılanacaq”, - deyə SEPAH-ın bəyanatında vurğulanıb.

XƏBƏR LENTİ