Yanğınsöndürən maşına yol verməyən sürücüyə ağır cəza - VİDEO

394 17-07-2026, 15:23 Sosial

Yanğınsöndürən maşına yol verməyən sürücüyə ağır cəza - VİDEO

Türkiyənin Antalya vilayətinin Alanya rayonunda təcili hadisə yerinə gedən yanğınsöndürən avtomobilinə yol verməyən sürücü ağır cəzalandırılıb.

Altv1.info.az türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı siqnal səsləri ilə hərəkət edən yanğınsöndürən maşının qarşısını kəsən avtomobil sürücüsünə 46 min türk lirəsi məbləğində cərimə tətbiq olunub.

.
Bundan əlavə, sürücünün vəsiqəsi 30 gün müddətinə müsadirə edilib, avtomobili isə 30 gün ərzində yol hərəkətindən kənarlaşdırılıb.

Səlahiyyətli şəxslər bildiriblər ki, fövqəladə hallar zamanı yanğınsöndürən, təcili yardım və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinə yol verməmək həm qanun pozuntusudur, həm də insanların həyatını təhlükəyə ata bilər.

[media=https://izle.sondakika.com/2026/07/17/itfaiye-aracina-yol-vermeyen-surucuye-46-bin--7095-20060346_sd.mp4]

XƏBƏR LENTİ