Rusiyada həkimlər kişinin nəhəng "iblis buynuzu"nu əməliyyatla götürüblər

6 7-05-2025, 22:13 Maraqlı

Rusiyada həkimlər kişinin nəhəng "iblis buynuzu"nu əməliyyatla götürüblər

Rusiyada həkimlər Naberejnıye Çelnı şəhərindən olan kişidəki nəhəng "iblis buynuzu"nu əməliyyat vasitəsilə götürüblər.

Altv1.info.az "Shot" "Telegram" kanalına istinadla xəbər verir ki, kişidə yenitörəmə 2022-ci ildə əmələ gəlib.

Buynuzun ölçüsü xeyli böyüyəndən sonra və ağrılara səbəb olduğuna görə o, həkimlərə müraciət etməli olub.

Kişini əməliyyat edən həkim Ruzil Xurmatillinin sözlərinə görə, xalq arasında "iblis buynuzları" adlandırılan keratomlar adətən kiçik ölçüdə olurlar və xüsusi təhlükə yaratmırlar:

"Lakin indiki halda yenitörəmə 11 santimetrədək böyüyüb və zədə halında bədxassəli şişə çevrilə bilər. Keratom götürüldükdən sonra yenidən çıxmaması üçün həmin yer dağlanıb".

XƏBƏR LENTİ