Ali Məhkəmənin hakimi təqaüdə göndərildi

18 18-07-2023, 12:51 Araşdırma

Ali Məhkəmənin hakimi təqaüdə göndərildi

Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Ələsgər Əliyev təqaüdə göndərilib.
Altv1.info.az xəbər verir ki, hakimin yola salınması münasibətilə tədbir keçirilib.
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında qeyd edib ki, Ələsgər Əliyev 2000-ci ildən məhkəmə sistemində hakim kimi fəaliyyət göstərib, 2008-ci ildən isə Ali Məhkəmənin hakimi təyin olunub. O, ölkəmizdə məhkəmə hakimiyyətinin nüfuzunun gücləndirilməsinə töhfə verib.
Sonda Ələsgər Əliyevə Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.

Altv1.info.az

XƏBƏR LENTİ