Füzulidə silah-sursat aşkarlanıb

14 29-07-2023, 11:25 Araşdırma

Füzulidə silah-sursat aşkarlanıb

Füzuli rayonunda silah-sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətindən Altv1.info.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində hərbi silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 10 avtomat, 4 qumbaraatan, 2 pulemyot və 1510 müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.

Altv1.info.az

XƏBƏR LENTİ