Gözəl alim - ləyaqət nümunəsi

619 21-05-2024, 20:51 Cəmiyyət

Sirli, möcuzəli, eyni zamanda qarmaqarışıq dünyada hər kəsin, öz yolu, öz cığırı var. Təbii ki, qismətlərlə, sürprizlərlə dolu olan həyatda heç də hər kəs cəmiyyət ücün yararlı, gərəkli insan ola bilmir. Onun üçün seçimin uğurlu, hədəfin düzgün, niyyətin, amalın məqsədinə uyğun olmalıdır. Sözü əməlində, əməli sözündə tamamlanan hər kəsin həyata baxışında da bir optimistlik müşahidə olunur, secdikləri peşələrinin də öhdəsindən cəmiyyətin xoşbəxt, saglam gələcəyi naminə şərəflə, ləqayətlə gəlirlər. Əhmədli Klinikasının baş həkimi tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvü Alim Şıxəliyev məhz bu cür keyfiyyət nümunələrindəndir.
Bu səxs nəinki seçdiyi həkim peşəsinə, bütövlukdə insanlığa doğulub. Onunla ünsiyyət bağlayıb, qısaca həmsöhbət olan hər kəs fikirlərimlə yəqin ki, razılaşar.
Alim Şıxəliyev insanın əsas orqanı sayılan təkcə ürək həkimi deyil, o bu sahənin alimidir.
Xaraktercə sadə, səmimi, təvazökar olmaqla yanaşı, işinində son dərəcə ciddi, məsuliyyətlidir, bir sözlə yerində, məqamında yumşaqlığı da, sərtliyi də bacarır A. Şıxəliyev. Məhz bu kimi məziyyətlərini əsas götürərək belə bir alicənab insan, alim haqqında yazmaqdan, xoş sözlər deməkdən qürür hissi duyuram.
Üç şey hər bir insana həyatı boyu sirr olaraq qalır; dünyaya gəlişi, ad qoyuluşu və bir də dunyadan gedişi. Bu bir Tanrı sirrdidir. Seyid Əzim Şirvani yazmışdır: "İstəmədən doğuluruq, təəccüblə yaşayırıq, həsrətlə ölürük."
Haqqinda söz açdığım bu insana Alim adının qoyulmasında da bir hikmət var. Hər kəs özünun də xəbəri olmadan adının mənasını daşıyır və yaşayır. Alim müəllimin yüksək keyfiyyətlərindən biri də söz-sənət adamlarına dəyər verməsidir. O, hazırda Bakıdakı "Əhmədli" klinikasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kordioloqlar Cəmiyyətinin üzvüdür.
Onunla söhbət zamanı öyrəndik ki, sözü gedən klinika Azərbaycan Səhiyyə Nazirliyinin muvafiq lisenziyası əsasında fəaliyyət göstərir. Burada təcrübəli tibb işçiləri tərəfindən əhaliyə kardiologiya, daxili xəstəliklər, messologiya, stomotoloji və digər sahələr üzrə ambulator xidmət göstərilir. Bunun üçun klinika müasir tibbi avadanlıqlarla-EXO, EKQ, stres test, EEQ-təchiz olunmuş, laboratoriya, ultrasəs və digər müayinə kabinetləri fəaliyyət göstərir.
Baş həkimlə söhbət zamanı onu da xüsusi olaraq vurğuladı ki, son vaxtlar əmək fəaliyyətinin məhdudluğu üzündən urək-damar xəstəliklərinin geniş yayılması müşahidə olunur. Dünyada ürək xəstəliklərinin mualicə və profilaktikasında yüksək uğurlar qazanılmış və bu istiqamətdə yeni müalicə üsullari tətbiq edilməkdədir. O, qeyd etdi ki, Azərbaycanda da bu sahədə mühüm addımlar atılmaqdadır.
-Bəs, ürək-damar xəstəliklərinin qarşısının alınması ilə bağlı nə etmək lazımdır?-sualına cavab olaraq baş həkim dedi:
-Arterial təzyiqə nəzarət labüddür. Əgər təzyiq yüksəkdirsə, dərman qəbul etmək, xolestrinə nəzarət, siqaret, tütün çəkməkdən imtina, qanın şəkərinə nəzarət etmək lazımdir. Eyni zamanda bədənin çəkisi ideal cəkiyə yaxın olmalı, fiziki aktivlik olmalı, hər gün 7-10 min iri addımlar atmaq və ya idman etmək lazımdır.
Sağlam qidalanmaq- yağ, piy, şəkər duzu, karbohidratları azaltmaq, meyvə-tərəvəz qəbul etmək mütləqdir.
-Səhiyhənin hazırkı durumunu nəzərə alaraq ürək-damar xəstəliklərinin müalicəsi istiqamətində ölkəmizdə əldə edilən uğurlarla bağlı fikirləriniz?
-Son 10 ildə kardiologiya sahəsində dövlətimizin diqqət və qayğısı sayəsində Azərbaycan Səhiyyəsi son dərəcə uğurlu yol kecmişdir.
Bakida və Gəncədə onlarla müasir Avropa standartlarına cavab verən Kardioloji Mərkəzkər açılmış, fəaliyyət göstərməkdədir. Sevindirici hal odur ki, bu mərkəzlərin əksəriyyəti yerli iş adamlarının yatırımı hesabına yaradılmışdır. Hazırda ən müasir müalicələr və ən müasir əməliyyatlar bu mərkəzlərdə uğurla aparılır. Artıq ürək əməliyyatı ücün insanlarımız xaricə üz tutmurlar. Yeri gəlmişkən, bu istiqamətdə görülən işlərlə bağlı Azərbaycan Kardioloqlar Cəmiyyətinin rolunu xüsusi vurğulamaq istərdim. Tibbi kadrların təkmilləşdirilməsində, elmi nailiyyətlərin praktikaya tətbiq edilməsində bu Cəmiyyətin əvəzsiz rolu vardir. Nəzərinizə çatdırım ki, hər il AKC Respublika və beynəlxalq səviyyədə elmi konfranslar keçirir, kardiologiyamızın tanınmasında Avropa ölkələrindəki konqreslərdə istirakını təşkil edir.
Adətən, biz söz adamları yaxşı insanların dəyərini zamanında verməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə, onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə belələrindən nümunə götürməyə səsləyirik.
Əhmədli Klinikasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvü Alim Şıxəliyevin Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Alim həkimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.
... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Alim Şıxəliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.
... Bəli, kamil insan mövcud olduğu dövr üçün çalışdığı kimi, həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bütün bölgədə kimdən soruşsanız A. Şıxəliyevi belə xarakterizə edəcəklər; -yüksək qabiliyyəti ilə seçilən təşkilatçı RƏHBƏR, gözəl insan, Vətənin əsl vətəndaşı!
P.S
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmişlər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilmişdir. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Alim Şıxəliyev Vətən müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə, qayğı və diqqətə görə, Müdafiə Nazirliyinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərəm Vəliyev tərəfindən fəxri fərmanla və medalla təltif olunmuşdur.

XƏBƏR LENTİ