Vilayət Eyvazov vətəndaşları qəbul edəcək

24 24-06-2023, 11:49 Cəmiyyət

Vilayət Eyvazov vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il iyul ayının 19-da Mingəçevir Şəhər Polis Şöbəsinin inzibati binasında Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Şuşa, Tərtər şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Bu barədə Altv1.info.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 18.07.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

XƏBƏR LENTİ