HƏMAS-İsrail münaqişəsində ölən jurnalistlərin sayı açıqlandı

773 27-10-2023, 09:30 Dünya

HƏMAS-İsrail münaqişəsində ölən jurnalistlərin sayı açıqlandı

Gərginləşən HƏMAS-İsrail münaqişəsinin qurbanı olan jurnalistlərin sayı məlum olub.
Altv1.info.az xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.
“Oktyabrın 26-na olan məlumata görə, hər iki tərəfdən 7 mindən çox ölənlərin siyahısına azı 24 jurnalist daxildir”, - məlumatda qeyd edilir.
Komitə bildirir ki, 24 jurnalistdən 20-si fələstinli, 3-ü israilli, 1-i livanlıdır. Səkkiz media işçisi yaralanıb, daha üç nəfər itkin düşüb.

Altv1.info.az

XƏBƏR LENTİ