Paşinyan KTMT sammitində də iştirak etməyəcək

141 14-11-2023, 11:30 Dünya

Paşinyan KTMT sammitində də iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-ü Minskdə keçiriləcək sammitində iştirak etməyəcək.
Altv1.info.az Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı açıqlayıb.
O, KTMT üzrə tərəfdaşların bu qərarı anlayışla qarşılayacaqlarına ümid etdiyini qeyd edib.
Xatırladaq ki, bundan əvvəl də Nikol Paşinyan və XİN rəhbəri Ararat Mirzoyan MDB-nin Bişkekdə keçirilən sammitində iştirak etməmişdilər.

Altv1.info.az

XƏBƏR LENTİ