Bu ərazilər də İsrailin nəzarətinə keçdi

510 17-11-2023, 10:00 Dünya

Bu ərazilər də İsrailin nəzarətinə keçdi

İsrail Müdafiə Ordusu Qəzza şəhərinin qərbini nəzarətə alaraq əməliyyatın növbəti mərhələsinə keçib.
Altv1.info.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
O bildirib ki, son 24 saatda Qəzza şəhərinin qərb hissəsinin tutulması və təmizlənməsi başa çatdırılıb:
“Ordumuz artıq növbəti mərhələyə keçdi. Əməliyyatları çox qətiyyətlə davam etdiririk”.
Xatırladaq ki, iki gün öncə isə İsrail hərbçiləri Qəzza şəhəri və Qəzza zolağının şimal hissəsinə nəzarəti ələ keçirib.

Altv1.info.az

XƏBƏR LENTİ