Blinken yenə İsrailə gedəcək

26 22-11-2023, 09:30 Dünya


ABŞ dövlət katibi Entoni Blinken 4-cü dəfə İsrailə səfər etməyi planlaşdırır.
Altv1.info.az xəbər verir ki, səfər Qəzza zolağındakı vəziyyətlə bağlı İsrail və Fələstin rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün gələn həftənin əvvəlinə nəzərdə tutulub.
Görüş Qətərin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında girovların azad edilməsinə dair razılaşmaların həyata keçirilməsi fonunda baş tutacaq.

Altv1.info.az

XƏBƏR LENTİ