Heyvanxanada pələnglər kişini parçaladı

538 9-12-2023, 09:00 Dünya

Heyvanxanada pələnglər kişini parçaladı

Pakistanda pələnglər qəfəsə girən kişini parçalayıb.
Altv1.info.az Lent.az-a istinadla bildirir ki, hadisə dekabrın 6-da Pəncab əyalətinin Bahavalpur şəhərindəki heyvanxanada baş verib. Yırtıcılar bir insana hücum edib.
Müəssisənin işçiləri pələnglərdən birinin ağzında ayaqqabı tapanda şübhələniblər. Onlar qəfəsi yoxlayıblar və ayaqları yırtıcılar tərəfindən yeyilmiş bir adam tapıblar. Hadisə ilə bağlı aidiyyatı qurumlara məlumat verilib
Daha sonra hadisə yerinə gələn məhkəmə-tibb ekspertləri qrupu araşdırmalara başlayıb. Mərhumun qəfəsə necə girdiyi məlum deyil.
Səlahiyyətlilər onun psixi sağlamlıq problemləri ola biləcəyini düşünürlər.

Altv1.info.az

XƏBƏR LENTİ