Putin "Yeltsin planı"na əl atır – Rusiyanın yeni prezidenti kim olacaq?

18 31-05-2024, 11:30 Dünya

Putin "Yeltsin planı"na əl atır – Rusiyanın yeni prezidenti kim olacaq?

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Aleksey Dyumini Dövlət Şurasının katibi seçməsi rus elitasında zəlzələ effekti yaradıb. Rusiyalı politoloq Sergey Markov deyib ki, elita Putinin varis kimi Dyumini seçdiyini düşünür.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiyada Putinin yerinə varis qismində bir neçə şəxsin adı çəkilir:

"Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin keçmiş prezidenti Dmitri Medvedev, sabiq kənd təsərrüfatı naziri Dmitri Patruşevin adı çəkilirdi. O, baş nazirin müavini vəzifəsinə təyin olunduqdan sonra Putinin varisi qismində iştirak edəcəyi gözlənilən idi. Lakin bütün gözləntilərin əksinə, Putin prezident seçkilərindən sonra varisin müəyyən edilməsi kampaniyasına başladı. Daha çox özünün keçmiş mühafizəçisi Aleksey Dyumini önə çəkdi. Dyuminin Dövlət Şurasının katibi vəzifəsinə seçilməsi ona geniş səlahiyyət verəcək. Beləliklə dövlət aparatı onun nəzarəti altına düşdü".

Politoloqun sözlərinə görə, Vladimir Putin Rusiyanın birinci prezidenti Boris Yeltsinin ssenarisini təkrarlayır:

"1990-cı illərin sonlarında Boris Yeltsin üç il ərzində bir-birinin ardınca təxminən beş baş nazir dəyişdi. Sonda keçmiş KQB polkovniki Putini seçdi və hakimiyyəti ona ötürdü. Yəni bu cür oyunlar tez-tez oynanılır. Dyumini hədəf seçərək öz varisini gizli saxlayır. Digər tərəfdən Dmitri Medvedev də öz gücünü qoruyub saxlayır. Elə birinci real namizədlərdəndir".

XƏBƏR LENTİ