İraqın şimalında PKK-nın 10 terrorçusu öldürülüb

23 4-01-2025, 17:04 Dünya

İraqın şimalında PKK-nın 10 terrorçusu öldürülüb

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK-ya qarşı keçirdiyi növbəti əməliyyat nəticəsində 10 terrorçu öldürülüb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Pəncə-Kilid" əməliyyatı bölgəsində və Şimali İraqın Hakurk və Qara bölgələrində aşkar olunan PKK-nın 10 terrorçusu zərərsizləşdirilib", - məlumatda bildirilib.

XƏBƏR LENTİ