Britaniya Şimali Atlantikada Rusiya sualtı qayıqlarının fəallığının artdığını bildirib

26 25-10-2025, 10:00 Dünya

Britaniya Şimali Atlantikada Rusiya sualtı qayıqlarının fəallığının artdığını bildirib


Böyük Britaniya Rusiya sualtı qayıqlarının fəallığının Soyuq Müharibə dövründəki səviyyəyə çatdığını bildirib.

Altv1.info.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Hili bildirib.

.
Onun sözlərinə görə, Britaniya Hərbi Hava Qüvvələri (HHQ) və donanması Şimali Atlantikada Rusiya sualtı qayıqlarının "ovuna çıxıb". Hili vurğulayıb ki, Britaniya sularını təhdid edən Rusiya gəmilərinin sayı 30 % artıb.

Nazir əlavə edib ki, HHQ, demək olar, hər gün, bəzən gecə-gündüz və tez-tez digər NATO müttəfiqlərinin dəstəyi ilə missiyalar həyata keçirir.

Altv1.info.az

XƏBƏR LENTİ