Şavkat Mirziyoyev 87,05 % səs toplayıb

18 10-07-2023, 12:37 Dünya

Şavkat Mirziyoyev 87,05 % səs toplayıb

Özbəkistanda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Altv1.info.az “Sputnik Özbəkistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komitəsinin (MSK) sədri Zayniddin Nizamxodjayev brifinqdə bildirib.
Prezident seçkilərində Sahibkarlar və İş Adamları Hərəkatının – Özbəkistan Liberal Demokrat Partiyasının namizədi, ölkənin hazırkı Prezidenti Şavkat Mirziyoyev liderdir. O, seçicilərin 87,05 % səsini qazanıb.
“Ədalət” Sosial-Demokrat Partiyasının namizədi Robaxon Mahmudov 4,43 %, Özbəkistan Xalq-Demokratik Partiyasının namizədi Uluqbek İnoyatov 4,02 %, Özbəkistan Ekoloji Partiyasının namizədi Abduşükür Xamzayev 3,74 % səs toplayıb.
Qeyd edək ki, Özbəkistanda növbədənkənar prezident seçkiləri iyulun 9-da keçirilib.

XƏBƏR LENTİ