
Fransanın paytaxtında yerləşən Yelisey Sarayına zərfin içində kəsilmiş insan barmağı göndərilib.
Məlumat Fransa mətbuatında dərc olunub.
Qeyd olunur ki, zərf saraya iyulun 9-10-da daxil olub.
Ehtimal olunur ki, epataj xarakterli məktub ənənəvi olaraq Fransada iyulun 14-də qeyd olunan Bastiliya Günü milli bayramı ilə əlaqədar göndərilib.
Barmaq Yelisey Sarayının təhlükəsizliyini təmin edən polislərin yeməklərini saxladıqları soyuducuya yerləşdirilib.
Barmağın aid olduğu şəxsin kimliyi müəyyən edilib
Altv1.info.az