Villada qulların yerləşdirildiyi otaq tapıldı

15 22-08-2023, 09:10 Dünya

Villada qulların yerləşdirildiyi otaq tapıldı

İtaliyanın Mədəniyyət Nazirliyi arxeoloqların qədim Pompey yaxınlığında maraqlı tapıntı aşkar ediblər.
Altv1.info.az xarici mənbəyə istinadən xəbər verir ki, arxeoloqlar villaların birində qulların yerləşdirildiyi kiçik bir otaq aşkar edib. Bu tapıntının qədim dünyada qulların yaşayışına aydınlıq gətirəcəyi gözlənilir. İqamətgah təxminən iki min il əvvəl Vezuvi vulkanının püskürməsi nəticəsində dağıdılan Pompeydən təxminən 600 metr şimalda yerləşir.
Otaqda yalnız iki çarpayı, biri döşək, iki kiçik şkaf, içərisində iki siçan və bir siçovulun qalıqları olan saxsı və keramika qablar tapılıb.
Nazirlik açıqlamasında bildirib ki, aşkar edilən dəlillər o dövrdə cəmiyyətin aşağı təbəqələrinin qeyri-gigiyenik şəraitdə yaşadığını bir daha göstərir. Daşlarla örtülmüş mebel və parça kimi materiallar illər ərzində çürüyüb. Tapıntılar keçmiş materialın orijinal formasını və konturlarını ortaya qoyur.

Altv1.info.az

XƏBƏR LENTİ