2 min ildir ölməyən qadın

997 25-08-2023, 10:00 Dünya

2 min ildir ölməyən qadın

Xin Zhui Han sülaləsi dövründə zadəgan çinli kişinin yoldaşı idi. Bütün günü heç nə etmədən oturur və ya yemək yeyirdi. Lakin bu qadınla bağlı maraqlı faktlar var. Leydi Dai olaraq tanınan bu qadının mumyası indiyə qədər sağlam qalıb. Lady Dai-nin məzarı 1960-cı illərdə Çinin Çanşa şəhəri yaxınlığındakı Mavanqdui şəhərində tikinti işçiləri tərəfindən təsadüfən tapılıb. Arxeoloqlar 1970-ci illərin əvvəllərində ərazidə qazıntı apararaq qərbi Han sülaləsinə məxsus 3 məzar aşkar edilib. Onlardan biri bu məşhur qadına məxsusdur. Eramızdan əvvəl 163-cü ildə vəfat edən həyat yoldaşı Ledi Dai-nin sərdabəsində minlərlə əşya, o cümlədən qədim Han sülaləsindən qalma zərif ipək əlyazmalar, cilalanmış qablar, darçın, maqnoliya qabığı və qara bibərdən hazırlanmış bitki mənşəli dərmanlar qoyulub.
Əsas maraqlı məqam odur ki, təxminən 2100 il yaşı olan qadının mumiyası çox qəribədir. Onun damarları hələ də laxtalanmış qanla və yumşaq toxumalarla doludur. Bu vaxta qədər qadının bədənində bir çox hissələr salamat qalıb. Qırışmış bədəni köhnə mumiyadan daha çox təzə meyid kimi görünür. İllər ərzində qadının bədənin yaxşı vəziyyətdə qaldığına dair bir neçə fərziyyələr meydana gəldi. Leydi Dai-in meyidi gözəl ipək rəsmlə örtülmüş dörd laklı tabutun ən içəri hissəsində baramalanmış vəziyyətdə tapılıb. Bundan əlavə, bədəni 18 qat ipək və kətan paltarla bükülüb. Bütün bu amilləri nəzərə aldıqda meyidin necə salamat qaldığı bəlli olub. Bununla yanaşı qadının tabutu hava ilə təmas etdikdən sosonra qəhvəyi rəngə çevrilən şəffaf maye ilə dolu olub. Bəzi mütəxəssislər bu mayenin onun bədəninə aid olduğuna inanır, lakin bəziləri isə mayenin qorunma prosesinə kömək edən ənənəvi çinlilərin bitki mənşəli məhlulu ola biləcəyindən şübhələnir.
Çin alimləri tərəfindən meyidin ətraflı yarılması ilə qadının səhhətinin əslində pis olduğunu göstərdi. Araşdırmalar nəticəsində, onun 50 yaşlarında yemək yedikdən az sonra infarktdan öldüyü görünür. Tədqiqatçılar yazır ki, bu problemlər qadının artıq çəkiyə və diabet xəstəliyinə tutulmasına səbəb olan tənbəl həyat tərzinin nəticəsidir. Bədəninin müayinəsi Leydi Dai-nin son qəbul etdiyi qidanı müəyyən edib. Onun yemək borusu və mədəsində 100-dən çox qovun toxumu tapılıb. Araşdırmaçılar, bu qidaları onun tələsik qəbul etdiyini deyib. Leydi Dai-nin mumyası indiyə qədər çinlilər tərəfindən xüsusi olaraq qorunur. Hətta insanlar bu qadının uzun yaşadığına inanır və tez-tez onu ziyarət edirlər.

Altv1.info.az

XƏBƏR LENTİ