Dəhşətli hadisə: Balkonda uzanan uşaq...

566 5-09-2023, 09:00 Dünya

Dəhşətli hadisə: Balkonda uzanan uşaq...

Türkiyənin Adana rayonunda binanın 5-ci mərtəbəsində yaşayan Yeniay ailəsinin 7 yaşlı qızı Reyyan Yeniay eyvanda yatarkən sağ ayağına dəyən güllə nəticəsində xəsarət alıb.
Altv1.info.az xarici mediaya istinadən xəbər verir ki, hadisə saat 05:00 radələrində İsmət paşa məhəlləsində baş verib.
Binanın5-ci mərtəbəsində yerləşən mənzildə yaşayan Yeniay ailəsinin qızı yaşadıqları evin eyvanında yatıb. Naməlum şəxsin silahdan atılan güllə azyaşlının sağ ayağına dəyib. Ailəsi tərəfindən xəstəxanaya aparılan uşaq qısa müddətdə müalicə olunaraq evə buraxılıb.
Ailə şübhəli şəxsdən şikayətçi olub. Son zamanlar buna bənzər hadisələrin artdığını bidirən ailə, tədbirin görülməsini istəyib. Polis araşdırmaları davam etdirir.


Altv1.info.az

XƏBƏR LENTİ