İstanbulda sel fəlakətində 2 nəfər öldü - Video + Yenilənib

418 6-09-2023, 10:30 Dünya

İstanbulda sel fəlakətində 2 nəfər öldü - Video + Yenilənib

İstanbulun Arnavutköy və Başakşehir rayonlarında yağan güclü yağış bir çox fəsadlara yol açıb
Altv1.info.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Valiliyi hadisə nəticəsində 1 nəfərin öldüyünü açıqlayıb.
Yağış səbəbiylə bəzi sürücülər yolda çətinliklə irəliləyib.
Şəhərdə son 2 saatda 1500-dən çox şimşək çaxıb.
Həmçinin İstanbul Hava Limanına gedən yolda gölməçələr əmələ gəlib və yolda çətinlik yaranıb.
Sel bəzi metro stansiyalarının bağlanmasına səbəb olub.
İstanbula yağan güclü leysan nəticəsində Başakşehir və Küçükçekmecedə 2 nəfər sel sularında həyatını itirib.
İstanbul Valiliyi Başakşehir və Küçükçekmecedə şiddətli yağışdan sonra 2 nəfərin öldüyünü, 5 nəfərin isə xəstəxanaya yerləşdirildiyini bildirib.










XƏBƏR LENTİ