Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var

115 20-11-2024, 21:35 Gündəm


Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.az APA-ya istinədən xəbər verir ki, hadisə Xudu Məmmədov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, qəzada 7 minik avtomobili qeydə alınıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.


XƏBƏR LENTİ