
Zaqatalaya istirahətə gedən Bakı sakinləri itkin düşüb.
Altv1.info.az xəbər verir ki, hadisə ötən gün baş verib.
İki kişi turist Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə gedərkən meşəlik ərazidə itkin düşüblər.
DİN-in Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hazırda Rayon Polis Şöbəsi, FHN, ETSN əməkdaşları və ərazini tanıyan yerli sakinlərin iştirakı ilə onların axtarışları davam etdirilir.
Altv1.info.az