Zukerberq Maska döyüş tarixini bildirdi

239 8-08-2023, 00:20 Gündəm / Siyasət

Zukerberq Maska döyüş tarixini bildirdi

"Meta" Korporasiyasının rəhbəri Mark Zukerberq "X" sosial şəbəkəsinin (keçmiş "Twitter") sahibi İlon Maskla döyüşməyə hazır olduğunu bildirib və rəqibinə döyüş üçün avqustun 26-sı tarixini təklif edib.
"Döyüşə artıq hazıram. Mənə meydan oxuyanda ona 26 avqust tarixini təklif etdim, lakin ondan heç bir təsdiq gəlmədi", - Zukerberq "Threads" sosial şəbəkəsində, Maskın "X" sosial şəbəkəsindəki mesajını şərh edərkən yazıb. Əlavə olaraq, döyüşə aktiv şəkildə hazırlandığını və döyüşün onun təklif etdiyi tarixdə baş tutacağına şübhə ilə yanaşdığını bildirib.
Öz növbəsində Mask dözümlülük baxımından Zukerberqdən geri qaldığını deyib.
"Mübarizə qısa olarsa, mən, çox güman ki, qalib gələ bilərəm. Əgər çox davam etsə, dözümünün sayəsində o, qalib gələ bilər", - Mask sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Maskın çəkisi təxminən 136 kiloqram, boyu 185 santimetr, "Meta" rəhbərinin çəkisi isə 70 kiloqram, boyu 173 santimetrdir.

Altv1.info.az

XƏBƏR LENTİ