Səkkizinci sinif şagirdi FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO

16 2-06-2024, 07:20 Hadisə

Səkkizinci sinif şagirdi FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO

Ötən gün Tovuzda ildırım vurması nəticəsində həlak olan Səbuhi Abdullazadə səkkizinci sinif şagirdi olub.

Bu barədə APA TV-yə onun babası məlumat verib.

Bildirib ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Belə ki, axşam saatlarında heyvanları tövləyə salmaq istəyərkən onlardan biri qaçıb:

"Nəvəmə dedim ki, get onu da qov gətir. Sözü deyib qurtarmışdım ki, şimşək çaxdı. Çölə çıxdım, gördüm ildırım çaxır. Qaçdım nəvəm olan tərəfə. Gördüm uşaq yerdə uzanıb".

XƏBƏR LENTİ