Ata oğlunu döyən kişini güllələdi

131 25-11-2024, 16:36 Hadisə

Ata oğlunu döyən kişini güllələdi

Tekirdağın Ergene rayonunda çayxanada O.Ç adlı şəxs oğlunu döyən E.S-ni ayağından güllələyib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Ergene rayonunun Kırkgöz səmtindəki çayxanada baş verib. İddiaya görə, çayxanaya gələn O.Ç. oğlunu döyən E.S.-nin yaxasından tutub və onu sorğu-sual etməyə başlayıb.

Daha sonra o silahını çıxarıb və E.S-yə atəş açaraq onu ayağından yaralayıb. Daha sonra isə qaçıb.

Hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb. Yaralı E.S. həkimlərin ilk müdaxiləsindən sonra xəstəxanaya aparılıb.

Qaçan şübhəlinin axtarışlarına başlanılıb. Faktla bağlı istintaq davam edir.

XƏBƏR LENTİ