"BakuBus" yük avtomobili ilə toqquşdu, sərnişin öldü

26 4-01-2025, 14:09 Hadisə

"BakuBus" yük avtomobili ilə toqquşdu, sərnişin öldü

Bakıda marşrut avtobusunun iştirakı ilə yol qəzası olub.

Altv1.info.az xəbər verir ki, hadisə bu gün saat 10:30-da Qaradağ rayonunda baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev Lent.az-a bildirib ki,"Baku Bus" sərnişindaşıma avtobusu yolun kənarından hərəkətə başlayan Tacikistan dövlətinə məxsus "Volvo" markalı yük avtomobili ilə toqquşub. Nəticədə avtobusda olan 1 sərnişin ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırılma aparılır.

XƏBƏR LENTİ