
Konyada mübahisə zamanı 16 yaşlı oğlan tüfənglə atasını vuraraq öldürüb.
Altv1.info.az türk mediasına istinadən xəbər verir ki, hadisə Konyanın Akşehir mahalında baş verib. 16 yaşlı İ.Ö. ilə 41 yaşlı atası Özcan Özerin arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə getdikcə davaya çevrilib. Bu zaman yeniyetmə oğlan tüfənglə atasını güllələyib.
Qonşuların məlumatı üzərinə hadisə yerinə polis və təcili tibbi yardım qrupları sövq edilib.
\Hadisə yerinə gələn həkimlər atanın öldüyünü müəyyən edib. Onun meyiti incələnmə üçün Akşehir Dövlət Xəstəxanasına aparılıb.
Şübhəli oğlu İ.Ö. polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı istintaq davam edir.