Məşhur cütlük video çəkərkən son anda ölümdən döndü - VİDEO

24 27-01-2025, 19:41 Hadisə

Məşhur cütlük video çəkərkən son anda ölümdən döndü - VİDEO

Sosial media fenomeni Özlem Erdoğan və həyat yoldaşı Mert Can Erdoğan yanvarın 21-də dostları Koray Uygun ilə video çəkdirmək üçün bir araya gəlib.

Altv1/info/az xarici mediaya istinadən xəbər verir ki, videonu çəkərkən Mert Can Erdoğan avtomobilin yüksək sürətlə onlara tərəf sürüşdüyünü görüb.

Erdoğan avtomobilin vurduğu səkinin sonunda olan arvadını və dostunu sürətlə öz tərəfinə çəkərək, onların həyatını xilas etməyə çalışıb.

Avtomobil əvvəlcə səkiyə dəyib, sonra yerə yıxılan Özlem Erdoğanın olduğu yerdə dayanıb. Qəzadan sonra təkəri partlayan avtomobili sürücüsü tərk edərək qaçıb.

Özlem Erdoğan avtomobilin vurmasından çətinliklə xilas olub və uzun müddət qorxusundan özünə gələ bilməyib.

[media=https://izle.sondakika.com/2025/01/27/fenomen-cift-video-cekerken-olumden-dondu-6997-18307141_sd.mp4]

XƏBƏR LENTİ