
Hadisə Dənizlinin Bozkurt mahalına bağlı Mahmudiye Məhəlləsində meydana gəlib.
Altv1/info/az xarici mediaya istinadən xəbər verir ki, Mert Kayanın (18) ailəsi otağından silah səsləri eşidib və gənci qanlar içində tapıb.
112 Təcili Zəng Mərkəzinə edilən xəbərin ardından bölgəyə polis və sağlamlıq qrupları sövq edilib.
Mert Kayaya ilkin tibbi yardım göstərən sağlamlıq qrupları onun hadisə yerində dünyasını dəyişdiyini müəyyən ediblər.
Hadisə yerində aparılan araşdırmalardan sonra Mert Kayanın cansız bədəni tibbi ekspertiza üçün Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.
Digər tərəfdən, mərhum gəncin sevgilisi ilə mübahisəsi nəticəsində həyatına son qoyduğu da iddia edilib.