
Şanlıurfanın Siverek mahalında yol kənarında başından güllə vurulmuş halda tapılan 2 uşaq anası A.Gülcan (30) xəstəxanaya qaldırılıb. Hadisə ilə bağlı 2 şübhəli nəzarətə alındı.
Altv.info.az xarici mediaya istinadən xəbəbr verir ki, hadisə ötən gecə Siverek-Adıyaman avtomobil yolunda qeydə alınıb.
Yoldan keçən sürücülər qadının yerdə hərəkətsiz uzandığını görüb vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər. Xəbərdarlığın ardından bölgəyə tibb qrupları sövq edilib.
Başından tapança ilə vurulduğu müəyyən edilən A.Gülcan Siverek Dövlət Xəstəxanasına aparılıb.
Burada ilkin tibbi yardım alan A.Gülcan daha sonra Şanlıurfa Təhsil və Araşdırma Xəstəxanasına köçürülüb. Reanimasiya şöbəsində müalicə alan A.Gülcanın həyati təhlükəsi olduğu bildirilib.
Digər tərəfdən hadisə ilə bağlı araşdırma başlatan polis əməkdaşları adları açıqlanmayan iki şübhəlini nəzarətə götürüb.